Geri qayıt

Monitorinq üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

Bakı
28.11.2025 - 06.12.2025

Əsas vəzifə öhdəlikləri:

  • Kredit portfelinin monitorinqinin həyata keçirilməsi və risklərin vaxtında müəyyən olunması;
  • Kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət və hesabatlılığın təmin edilməsi;
  • Təminatların vəziyyətinin monitorinq edilməsi və mütəmadi qiymətləndirilməsi;
  • Problemli kreditlərlə bağlı ilkin təhlillərin aparılması və aidiyyəti şöbələrə təqdim olunması;
  • Müştəri biznesində “həyəcan siqnalları”nın müəyyən edilməsi və Kredit Komitəsinə təqdim olunması;
  • “Potensial problemli müştərilər” üzrə daxil olan məlumatların təhlili və müzakirəyə çıxarılması;
  • Kredit prosesində mövcud “zəif bəndlərin” aşkar edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
  • Ümumi kredit sisteminin monitorinqi, analitik hesabatların hazırlanması;
  • Aparıcı mütəxəssis üçün əlavə olaraq: monitorinq proseslərinin koordinasiyası və əməkdaşlara metodiki dəstək göstərilməsi.

Namizəddən tələblər:

  • Bank işi, maliyyə, mühasibatlıq və ya müvafiq sahələr üzrə ali təhsil;
  • Bank və ya kredit sahəsində minimum 1.5 il iş təcrübəsi (aparıcı vəzifə üçün minimum 3 il);
  • Maliyyə analizi, risk analizi və MHBS üzrə biliklər;
  • Azərbaycan qanunvericiliyini və AMB normativ aktlarını bilmək;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyət, dəqiq hesabat hazırlamaq bacarığı;
  • Komanda və fərdi şəkildə işləmək bacarığı.

İş şəraiti və təkliflər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • Performansa uyğun bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Şirkətin struktur dəyişikliklərinə uyğun olaraq əməkhaqqı artımı imkanı
Müraciət edin

Monitorinq üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis

pdf, doc, docx, jpeg, png
WhatsApp