Tez-tez gələn suallar

Kredit ödənişini necə etmək olar?

Kredit ödənişini filiala yaxınlaşmaqla, və ya milliön və emanat aparatları vasitəsilə etmək olar.

Kredit xətti üçün ayrılan plastik kart ödənişlidir?

Xeyr, kredit ayrılan zaman təqdim olunan plastik kart ödənişsizdir.

Ayrılan kredit məbləğini necə əldə etmək olar?

Ayrılan kredit məbləği şirkət tərəfindən müştəriyə təqdim olunan plastik karta 24 saat ərzində köçürülür.

İstənilən filialda kredit ödənişi etmək mümkündür?

Bəli, mümkündür.

Kredit xətti bağlandıqdan sonra girovu necə əldə edə bilərəm?

Kredit xətti bağlanan zaman müvafiq filialda girovun qaytarılması üçün ərizə ilə müraciət etmək lazımdır, girov təhvil üçün hazır olduqda müştəriyə bununla bağlı telefon vasitəsilə xəbərdarlıq edilir.

Girov nə üçün 14-21 iş günü ərzində geri qaytarılır?

Müştəri məmnuniyyətini rəhbər tutaraq müştəri ilə müqavilə bağladığımız zaman ona məxsus girovun qorunmasına və olduğu kimi geri qaytarılmasına zəmanət veririk. Bu səbəbdən girov xüsusi nəzarət altında saxlancda qorunur. Girovun çıxarılması, yoxlanılması müəyyən vaxt tələb etdiyi üçün standart olaraq 14-21 iş günü təyin olunub.

WhatsApp