Geri qayıt

ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis / kiçik mütəxəssis

Bakı
30.09.2025 - 05.03.2026

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə Monitorinq Xidmətinə təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq;
  • ƏL/TMM üzrə daxili təlim və maarifləndirmə tədbirlərində iştirak etmək;
  • Beynəlxalq sanksiyalar və qara siyahılar (OFAC, UN, EU sanksiyaları) üzrə yoxlamalar aparmaq;
  • Daxili normativ sənədlərin, siyasətlərin və prosedurların qanunvericiliyə uyğunluğunu qiymətləndirmək;
  • Yeni məhsul və xidmətlər üzrə compliance rəyini vermək;
  • ARMB, Maliyyə Monitorinq Xidməti və digər tənzimləyici qurumlardan daxil olan sənədləri təhlil etmək və icrası üzrə tövsiyələr vermək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və aidiyyəti bölmələrə məlumat vermək;
  • Komplayens risklərini təhlil etmək və onların azaldılmasına dair tədbirlər təklif etmək;
  • Struktur bölmələrin fəaliyyətinin komplayens tələblərinə uyğunluğunu qiymətləndirmək;
  • Şübhəli əməliyyatların monitorinqini həyata keçirmək;
  • Yüksək riskli müştərilərlə bağlı sənədləşməni yoxlamaq və təhlil etmək.

Namizədə tələblər:

  • Ali hüquqi və ya iqtisadi təhsil (komplayens, hüquq, maliyyə və əlaqədar sahələr üzrə);
  • Minimum 1 il iş stajı (bank sektorunda təcrübəyə üstünlük verilir);
  • ƏL/TMM, AML, CAMS və beynəlxalq sanksiyalar üzrə biliklər;
  • Azərbaycan Respublikasının maliyyə sektoru üzrə qanunvericiliyə bələd olmaq;
  • AR MB və Maliyyə Monitorinq Xidmətinin normativ sənədlərini bilmək;
  • Analitik düşüncə, araşdırma və sənədlərlə işləmə bacarığı;
  • Yüksək diqqətlilik, etibarlılıq və etik davranış;
  • Azərbaycan dili – səlis, ingilis və rus dilləri – arzuolunandır;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı.
  • Əmək haqqı:
  •  Razılaşma yolu ilə
  • Müraciət qaydası:
  • Maraqlanan şəxslər CV-lərini “ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis/kiçik mütəxəssis” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
    [email protected]
  • Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
    Qeyd: Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Əlaqə:

  • Ünvan: Baş ofis, Səməd Vurğun 60
    Telefon: (+994 51) 248 10 00
    Email: [email protected]
     
Müraciət edin

ƏL/TMM (Komplayens) şöbəsi üzrə mütəxəssis / kiçik mütəxəssis

pdf, doc, docx, jpeg, png
WhatsApp