Fəaliyyət göstərdiyi filialın kredit fəaliyyətinə nəzarət etmək; • Qrup üzvlərinin (kredit mütəxəssislərinin) işini təşkil və nəzarət etmək; • Kredit müraciətlərini təhlil etmək, komitəyə təqdim etmək və rəsmiləşdirməyə nəzarət etmək; • Kredit portfelinin keyfiyyətinə nəzarət və gecikmələrin qarşısının alınması üçün işlərin təşkili; • Yeni işçilərin təlimləndirilməsi, inkişafı və karyera planlamasına dəstək vermək; • Filialın kredit planlarının yerinə yetirilməsini təmin etmək və hesabatların hazırlanması; • Problemli kreditlərin idarə olunması və portfelin sağlamlaşdırılması; • İşçilərin etik davranış və daxili qaydalara riayət etməsinə nəzarət etmək; • Müştərilərlə birlikdə vizitlərdə iştirak və satış prosesini dəstəkləmək.
Namizədə tələblər:
Ali təhsil (iqtisadi sahədə təhsili olanlara üstünlük verilir); • Kredit sahəsində minimum 2 il iş təcrübəsi; • Rəhbərlik bacarığı və komanda idarəetmə təcrübəsi; • Müştəri yönümlü yanaşma və yüksək ünsiyyət bacarığı; • Kredit və lombard sahəsində normativ sənədlərlə tanışlıq; • Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00 • Əməkhaqqı və bonus sistemi:
Əməkhaqqı: 1000 AZN
Bonus: 2000 AZN (performansa əsasən)
Ümumi aylıq qazanc imkanı: 3000 AZN-dək
Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.