Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tamamlamış şəxslər üçün nəzərdə tutulub. İstisna olaraq magistr üzrə təhsili davam edən tələbələr də proqramda iştirak edə bilərlər.
Proqram çərçivəsində namizədlər ilkin mərhələdə peşəkar təlimlərə cəlb olunur və nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da əldə edirlər. Təlim prosesini uğurla başa vuran namizədlər imtahan mərhələsinə dəvət edilir.
İmtahan nəticələrinə əsasən:
Namizədlərə tam ştat və ya yarımştat Satış Məsləhətçisi kimi işə qəbul olunma imkanı təqdim olunur.
Yarımştat Satış Məsləhətçisi olaraq işə qəbul olunan namizədlərin tam ştat vahidinə keçməsi üçün minimum müddət 1 ay, maksimum müddət isə 3 ay olaraq müəyyən edilmişdir.
Öhdəliklər:
Təlimlərdə aktiv iştirak etmək
Təlimlərdə keçirilənləri mənimsəmək və tətbiq etmək
Təlimçi və mentorla interaktiv işləmək
Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:
Təhsilini tam başa vurmuş şəxslər (magistr təhsili alan tələbələr istisna təşkil edir).
Karyerasını maliyyə sektorunda qurmaq istəyənlər.
Öyrənməyə açıq olmaq.
Hədəflərlə işləməyi bacarmaq.
Pozitiv ünsiyyət bacarığı.
Komandada işləməyə meyilli olmaq.
Sizə nə vəd edirik:
Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı
Təcrübəçilərə Yevlax filialında təcrübə proqramında iştirak etmək imkanı
Maliyyə yönümlü ilkin biliklərin qazanılması
Bank və BOKT məhsulları haqqında ümumi məlumatların öyrədilməsi