Baş ofis və filialların təsərrüfat işlərini koordinasiya etmək, mebel, təsərrüfat inventarları və idarəetmənin texniki vasitələri ilə təmin olunmasına, onların qorunmasına və vaxtında təmirinə nəzarət etmək;
Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitdən səmərəli istifadə olunmasına nəzarət etmək;
Baş ofis və filiallarda aparılan təmir-bərpa işlərinə dair smetanın tərtib edilməsi və aidiyyəti struktur bölmələrlə razılaşdırılmasını təmin etmək;
Təsərrüfat və digər malların qalıqlarına daim nəzarət etmək;
Şirkətin bütün qeyri-maliyyə aktivlərinin texniki, sanitar və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlanılmasına cavabdeh olmaq;
Rəhbərliyin müəyyən etdiyi müddətlərdə Maliyyə Departamenti ilə birgə şirkətin qeyri-maliyyə aktivlərinin inventarizasiyasını təşkil etmək və icra etmək;
Tabeliyində olan əməkdaşlar arasında düzgün iş bölgüsünü təmin etmək, fəaliyyətlərini əlaqələndirmək və əmək intizamına riayət olunmasına nəzarət etmək;
Rəhbərliyə tələb olunan hesabatları vaxtında təqdim etmək.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Yaş həddi: 30–40;
Komandada işləmək və komandanı idarə etmək bacarığı.
Əməkhaqqı: Əməkhaqqı razılaşma yolu ilə müəyyən edilir.