Geri qayıt

Kredit mütəxəssisi üzrə təcrübə proqramı

Gəncə
09.07.2025 - 15.09.2025

Proqram haqqında:

  • Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tam başa vurmuş şəxslər üçün nəzərdə tutulmuşdur.
  • Magistr təhsili alan tələbələr istisna olaraq proqramda iştirak edə bilərlər.
  • Namizədlər ilkin mərhələdə 3 ay müddətində peşəkar əməkdaşlarımız tərəfindən təlimə cəlb olunur, nəzəri və praktiki biliklər qazanırlar.
  • Təcrübə müddəti ərzində siz həm öyrənəcək, həm də qazanc əldə edəcəksiniz!

Ödənişli təcrübə şərtləri:

  • Təcrübə dövründə:
    Əmək haqqı – 200 AZN
    Bonus – 300 AZN-ə qədər
  • Təcrübə proqramın uğurla tamamladıqdan sonra:
    Tam ştat Satış Məsləhətçisi kimi işə qəbul olunur
    Əmək haqqı – 400 AZN
    Bonus – 800 AZN-ə qədər

Proqramın üstünlükləri:

  • Müasir satış texnikaları üzrə peşəkar təlimlər
  • Praktiki təcrübə və inkişaf imkanı
  • Gələcəkdə daimi işlə təmin olunma perspektivi
  • Əmək haqqı + bonus sistemi ilə motivasiyaedici mühit
  • Maliyyə və kredit sahəsində karyera başlamaq üçün əla fürsət

Namizəddən gözləntilər:

  • Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək
  • Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək
  • Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
  • Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı

Tələblər:

  • Ali təhsilini tam başa vurmuş şəxslər (magistr tələbələri istisna təşkil edir)
  • Maliyyə və satış sahəsində karyera qurmaq niyyəti
  • Öyrənməyə açıq, məsuliyyətli və motivasiyalı olmaq
  • Hədəflərlə işləmə bacarığı

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təqdim olunan bütün məlumatlar məxfi şəkildə qorunur.

Müraciət edin

Kredit mütəxəssisi üzrə təcrübə proqramı

pdf, doc, docx, jpeg, png
WhatsApp