Ayrılan kredit məbləği şirkət tərəfindən müştəriyə təqdim olunan plastik karta 24 saat ərzində köçürülür.
Xeyr, kredit ayrılan zaman təqdim olunan plastik kart ödənişsizdir.
Kredit ödənişini filiala yaxınlaşmaqla, və ya milliön və emanat aparatları vasitəsilə etmək olar.
Bəli, mümkündür.
Müştəri məmnuniyyətini rəhbər tutaraq müştəri ilə müqavilə bağladığımız zaman ona məxsus girovun qorunmasına və olduğu kimi geri qaytarılmasına zəmanət veririk. Bu səbəbdən girov xüsusi nəzarət altında saxlancda qorunur. Girovun çıxarılması, yoxlanılması müəyyən vaxt tələb etdiyi üçün standart olaraq 14-21 iş günü təyin olunub.
Kredit xətti bağlanan zaman müvafiq filialda girovun qaytarılması üçün ərizə ilə müraciət etmək lazımdır, girov təhvil üçün hazır olduqda müştəriyə bununla bağlı telefon vasitəsilə xəbərdarlıq edilir.